NASA-nın Marsa göndərdiyi "Persevarence" ("Əzm") kosmik gəmisi "Qırmızı planet"dən ilk qaya nümunəsini götürüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Götürülən nümunə kosmik gəminin dünyaya qayıtmasından sonra alimlər tərəfindən araşdırılacaq və orada milyardlarla il əvvəl həyat olub-olmadığı öyrəniləcək.
Qeyd edək ki, NASA-nın "Persevarence" ("Əzm") 30 iyul 2020-ci ildə kosmosa göndərilib və yeddi ay sonra - 18 fevral 2021-ci ildə Marsa enib.
Milli.Az