Dünya

Nigeriyada vəba epidemiyası qurbanlarının sayı 2,1 min nəfəri ötüb

8 Sentyabr 2021 12:06
0 Şərh     Baxış: 1 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyada vəba epidemiyası qurbanlarının sayı 2 141 nəfərə çatıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi (NCDC) bildirib.

Vəba epidemiyası yanvarın əvvəlindən yayılmağa başlayıb. Epidemiya 23 ştatda, o cümlədən paytaxtda yayılıb.

Bu dövrdə ümumilikdə 65 145 nəfərdə vəba aşkarlanıb.

Ən çox yoluxma (10 343) Kano ştatında aşkarlanıb. Vəbadan ən çox ölüm Kasina ştatında qeydə alınıb. Həmin ştatda 150 insan vəbanın qurbanı olub.

Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzin direktoru Çikve İxekveazunun sözlərinə görə, vəbaya yoluxanların 26 %-i 5-14 yaşlı uşaq və yeniyetmələrdir.

Hökumət əhalini şəxsi gigiyena qaydalara ciddi riayət etməyə çağıraraq, təhlükəli xəstəliyin yayılmasının qarşısının alınması üçün tədbirlər görür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.