Rusiyada son sutka ərzində daha 18 645 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 7 012 599 nəfərə çatıb.
Son sutka ərzində 793 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 187 200 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya və Fransadan sonra beşinci yerdə gəlir.
Milli.Az