Dünya

İsraildə məktəb öncəsi rekord yoluxma

31 Avqust 2021 21:39
0 Şərh     Baxış: 661
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsraildə son sutkada 10 947 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Koronavirusa yoluxan 24 xəstə dünyasını dəyişib. Bildirilib ki, bu, epidemiyanın başladığı 2020-ci ilin fevral ayından bəri ölkədə qeydə alınan ən yüksək gündəlik yoluxma sayıdır.

Beləliklə, təxminən 9,3 milyon əhalisi olan İsraildə ümumi yoluxma hallarının sayı 1 milyon 66 mini keçib.

Gündəlik yoluxma sayının artmasına baxmayaraq, İsraildə yüksək riskli ərazilər istisna olmaqla, sentyabrın 1-dən məktəblərdə ənənəvi təhsilə start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.