Dünya

“Taliban” Pəncşir vadisinin internet, mobil rabitə və elektrik xətlərini kəsdi

30 Avqust 2021 14:00
0 Şərh     Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı taliblərə tabe olmayan yeganə vilayətin-Pəncşir vadisinin internet, mobil rabitə əlaqəsini kəsib, elektrik təchizatını dayandırıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, "Taliban" bu yolla vilayətdə humanitar vəziyyətin ağırlaşmasına səbəb olmaq və Əhməd şah Məsudun oğlunu təslim olmağa məcbur etmək istəyir.

"Pəncşirdə humanitar situasiya hələlik stabildir, amma taliblər vəziyyəti kəskin pisləşdirməyə çalışırlar. Onlar elektrik xətlərini kəsiblər, amma burada yerli çaylar sayəsində hasil edilən elektrik hələlik bəs edir",-mənbələr bildirir.

Məlumata görə, "Taliban" habelə regionu ölkənin telekommunikasiya sistemindən ayırıb və mobil interneti də qismən bloklayıb. Taliblər vaxtaşırı olaraq vilayətə aparan yolları da bağlayırlar. Narahatçılıq var ki, onlar qonşu Baqlan vilayətində olduğu kimi Pəncşirdə də ərzaq və yanacaq təchizatını dayandıracaqlar.

Digər xəbərə görə "Taliban" yaraqlıları qonşu Baqlan vilayətində yerli folklor müğənnisi Favad Əndarabini qətlə yetiriblər. Taliblər onu Əndərab rayonunda yaşadığı evdən zorla çıxarıblar və küçənin ortasında öldürüblər. Müğənninin öldürüldüyünü Əfqanıstanın keçmiş daxili işlər naziri Məsud Əndarabi də təsdiqləyib.

Xatırladaq ki, "Taliban" Əfqanıstanda musiqini qadağan edib və qadınlara hələlik evlərindən çölə çıxmaq qadağası qoyub. Hərçənd taliblər qadınların təhsil almasına və işləməsinə imkan yaradacaqlarını deyirlər...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.