Dünya

Gürcüstan balıqçılıq donanmasını bərpa edir

29 Avqust 2021 20:07
0 Şərh     Baxış: 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan balıqçılıq donanmasını bərpa edir. Bunun üçün yeni balıqçı gəmiləri alınacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Natia Turnava məlumat verib. Onun sözlərinə görə, donanmanın bərpası üçün 51 milyon avro investisiya ayrılıb. İlkin olaraq 14 gəmi alınacaq, sonrakı illərdə isə mərhələli şəkildə bütün köhnə gəmilər yenisi ilə əvəzlənəcək.

"Balıqçılıq donanmasının bərpası nəticəsində 250 yeni iş yeri açılacaq", - deyə Turnava vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.