Dünya

Somali sahillərində İran gəmisi ələ keçirildi

4 Noyabr 2025 16:48
Baxış: 483
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran bayrağı altında üzən balıqçı gəmisi Somali sahillərində naməlum şəxslər tərəfindən ələ keçirilib.

Milli.Az xəbər verir ki, hadisə çərşənbə axşamı günü, Somalinin paytaxtı Moqadişodan təxminən 332 dəniz mili (təqribən 615 kilometr) məsafədə, Hind okeanının cənub-şərq istiqamətində baş verib.

Ambrey hadisə ilə bağlı əlavə təfərrüatların hələlik məlum olmadığını, gəmidəki heyətin və ya hücumu həyata keçirən şəxslərin sayı barədə məlumatın paylaşılmadığını bildirib.

Hadisə barədə Reuters xəbər yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.