ABŞ-nin keçmiş vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə amerikalı jurnalist Ceyk Şerman məlumat yayıb.
"ABŞ-ın 46-cı vitse-prezidenti Riçard Dik Çeyni 3 noyabr 2025-ci il tarixində vəfat etdi. Keçmiş vitse-prezident pnevmoniya və ürək xəstəliyindən qaynaqlanan ağırlaşmalardan ölüb", - Şerman bildirib.
Qeyd edək ki, Dik Çeyni 2001-2009-cu illərdə Corc Buş administrasiyasında ABŞ-ın vitse-prezidenti olub.
Milli.Az





