Dünya

Qatil ana övladlarını öldürüb günlərlə cəsədləri ilə birgə yaşadı

29 Avqust 2021 18:43
0 Şərh     Baxış: 1 831
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Amerikada ana iki övladını öldürdükdən sonra günlərlə onlarla birlikdə yaşayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin üstü qonşuların polisə müraciət etməsindən sonra açılıb. Belə ki, qonşular ətrafdan gələn cəsəd qoxusunun mənbəyinin tapılması üçün polisə şikayət ediblər. Bundan sonra əraziyə baxış keçirən polis evlərdən birində iki uşağın cəsədini tapıb. Qatil ana cəsədləri gizlətməyə belə ehtiyac duymayıb.

Qadın azyaşlı qızını boğaraq öldürüb. Uşağın cəsədi vanna otağından tapılıb. Qadının oğlunun cəsədi isə sinəsində bıçaqla başına zibil torbası keçirilmiş vəziyyətdə tapılıb.

Qatil ana həbs olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.