Dünya

Braziliyada İsa Məsihin heykəlinin üzərinə çıxan iki fransalı saxlanılıb

26 Avqust 2021 09:16
0 Şərh     Baxış: 1 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın Rio-de-Janeyro şəhərində polis əməkdaşları Korkovado dağında yerləşən İsa Məsihin heykəlinin üzərinə çıxan iki fransalını saxlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli "O Globo" qəzeti şəhər polisinə istinadən yazıb.

Bildirilir ki, 28 yaşında olan Fransa vətəndaşları abidənin içərisində gizlənərək onun turistlər üçün bağlanmasını gözləyiblər. Daha sonra 23 avqust tarixində səhər saatlarında təmir işləri üçün istifadə olunan pilləkənlərlə heykəlin başına qalxaraq, orada öz "uğurlarını" video və fotoşəkillər çəkməklə qeyd ediblər.

Onları sonradan abidənin gözətçisi görüb və polisə məlumat verib.

Məlumata görə, saxlanılan şəxslər artıq 10 min Braziliya realı (təxminən 3260 manat) girov müqabilində sərbəst buraxılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.