Dünya

“Taliban”dan ABŞ və İngiltərəyə - Xəbərdarlıq

24 Avqust 2021 08:48
0 Şərh     Baxış: 1 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Taliban" Qərb güclərinin Əfqanıstandan çəkilməsi üçün son müddət olaraq müəyyənləşdirilən 31 avqust tarixinin uzadılmayacağını bəyan edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu "Taliban" sözçüsü Suhail Şahen "SKY News"a açıqlamasında bildirib.

"Bu tarix "qırmızı xətt"imizdir. Bu müddəti uzatmağın nəticələri olacaq. ABŞ və ya İngiltərə təxliyyələrə davam etmək üçün əlavə müddət tələb etsə, cavabımız "yox" olacaq", - o qeyd edib.

ABŞ Prezidenti Co Bayden bütün amerikalıların ölkəni tərk etməsi üçün 31 avqustu son tarix olaraq müəyyənləşdirib, ancaq İngiltərə hər kəsi təxliyyə etmək üçün əlavə iki həftəyə ehtiyac olduğunu vurğulayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.