Dünya

Rusiya ilə Türkiyə arasında yeni müqavilə: S-400

23 Avqust 2021 13:54
0 Şərh     Baxış: 1 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın vaxtlarda Türkiyə və Rusiya arasında S-400 zenit-raket sistemlərinin göndərilməsi haqda yeni müqavilə imzalana bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bu gün "Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyev "Armiya-2021" beynəlxalq hərbi-texniki forumu çərçivəsində bildirib.

"Məsləhətləşmələr davam edir, son mərhələdəyik. Yaxın vaxtlarda tərəfdaşlarımızla müqavilənin rəsmiləşdirilməsinə və imzalanmasına başlayacağıq", - deyə A. Mixeyev qeyd edib.

Xatırladaq ki, 2017-ci ildə Rusiya və Türkiyə S-400-lərin göndərilməsi ilə bağlı müqavilə bağlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.