Ölkə

Yazıçı Anar yayılan görüntülərdən danışdı - "Xatırlamıram..." - FOTO

17 Noyabr 2025 10:06
Baxış: 2 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu yayılıb. Üzərində "klinika" yazılmış arabada əyləşən 87 yaşlı yazıçının bu görüntüsü onun səhhətində ciddi problemlərin olmasına dair müzakirələri yenidən gücləndirib.

Milli.Az xəbər verir ki, qafqazinfo.az sözügedən görüntü ilə bağlı AYB sədri ilə əlaqə saxlayıb.

Anar Rzayev açıqlamasında səhhətində heç bir problemin olmadığını bildirib: "Lap yaxşıyam. Hansı klinikadır, heç xatırlamıram. Mənim klinikaya getməyim heç yadımda deyil. Yəqin ki, çoxdan çəkilib".

Yazıçı "Hazırda evdəsinizmi?" sualımıza isə "Sağ olun" deyərək dəstəyi asıb.

Qeyd edək ki, A.Rzayev 1991-ci ildən AYB-nin sədridir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.