İqtisadiyyat

Bakıda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının açılış mərasimi keçirilir - FOTO

17 Noyabr 2025 09:55
Baxış: 237
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) açılış mərasimi keçirilir.

Trend xəbər verir ki, MDB regionunda ilk dəfə olaraq Azərbaycanda baş tutan tədbir gənclər üçün açıq beynəlxalq platformadır.

Konfrans gənclərin dünya səviyyəsində texnoloji yeniliklər və trendlər haqqında bilik əldə etməsinə, bu sahədə aparıcı mütəxəssislərlə tanış olmasına və əməkdaşlıq imkanları yaratmasına beynəlxalq səviyyədə rəqabətqabiliyyətli olmasına şərait yaradır.

Tədbir eyni zamanda Azərbaycanın İKT sahəsinin inkişafını bir daha diqqətdə saxlayacaq və İKT üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə təkan verəcək.

Konfransa 150-dən artıq ölkədən 2 mindən çox iştirakçının, o cümlədən 300-dən artıq gəncin qatılacağı gözlənilir.

Qeyd edək ki, MDB regionunda ilk dəfə olaraq Azərbaycanda keçirilən WTDC-25 noyabrın 17-dən 28-dək davam edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.