Hadisə

Salyanda ağır qəza - Xəsarət alanlar var

17 Noyabr 2025 09:39
Baxış: 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Salyan rayonu ərazisində ağır yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki hadisə yeni Ələt-Astara magistral yolunda rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı minik avtomobili qarşıda gedən "KaMAZ" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində Şirvan şəhər sakinləri - 1967-ci il təvəllüdlü Nuriyeva Gülmira Nuhu qızı, 1993-cü il təvəllüdlü Nuriyev Aqil Abdul oğlu və Bakı şəhər sakini, 2013-cü il təvəllüdlü Əmrahzadə Şəmistan İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra Ş. Əmrahzadə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.