Dünya

“Qreys” qasırğası 7 nəfəri öldürüb, 565 min insanı işıqsız qoyub

21 Avqust 2021 22:59
0 Şərh     Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meksikanın şərq sahillərində yerləşən Verakrus ştatını cənginə alan "Qreys" tropik qasırğası yeddi nəfərin ölümünə səbəb olub.

Milli.Az "Report"a istinadən bildirir ki, fərdi yaşayış evinin uçması nəticəsində bir ailənin altı üzvü ölüb. Yeddi yaşlı uşaq da anoloji hadisənin qurbanı olub. Bölgədə 20 -dən çox daşqın qeydə alınıb. Səlahiyyətlilər əhaliyə kömək etmək üçün hərbçiləri və polisləri səfərbər ediblər.

Qeyd olunub ki, dörd ştatda 565 mindən çox sakin işıqsız qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.