Dünya

“Qarabağ Azərbaycan ərazisidir, Ermənistana isə heç kim hücum etməyib” - Andrey Kazakeviç

21 Avqust 2021 15:07
0 Şərh     Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Belarusun Ermənistanda nə iqtisadi, nə də siyasi maraqları yoxdur".

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Siyasi Sfera" Siyasi Araşdırmalar İnstitutunun direktoru, Böyük Vitovt Universitetinin (Litva) baş elmi əməkdaşı Andrey Kazakeviç Oxu.Az-a müsahibəsində bildirib.

O qeyd edib ki, bundan əlavə, KTMT-dəki öhdəliklər yalnız təşkilat üzvünə üçüncü bir ölkədən hücum aktının olduğu hallarla əlaqəlidir:

"Məsələn, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulubsa, akt həyata keçirilmiş sayılır. Amma söhbət Qarabağdan gedirsə, bura Azərbaycan ərazisidir və heç kim Ermənistana hücum etməyib. Bütün dünya ölkələri kimi Belarus da Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır".

"Amma bütövlükdə KTMT əlbəttə ki, amorf strukturdur. O, təhlükəsizlik məsələlərində ortaq bir mövqe ortaya qoya biləcək əlaqəli təşkilat deyil, situativ bir ittifaqdır", - deyə politoloq əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.