Dünya

Qrenlandiyadakı buzlağa ilk dəfə yağış yağıb

20 Avqust 2021 21:35
0 Şərh     Baxış: 1 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qrenlandiyanın buz qalxanının ən yüksək nöqtəsində yerləşən tədqiqat stansiyasında 1950-ci ildən bəri aparılan meteoroloji müşahidələr tarixində ilk dəfə yağış qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın qar və buzun tədqiqatı üzrə milli məlumatlar mərkəzindən bildirilib.

Məlumata görə, avqustun 14-də Qrenlandiyanın buz qalxanının ən yüksək hissəsinə bir neçə saat yağış yağıb və doqquz saat ərzində havanın hərarəti 0 dərəcədən yuxarı olub. Dəniz səviyyəsindən 3 min 213 metr yüksəklikdə yerləşən bu coğrafi nöqtədə indiyə qədər yağış qeydə alınmamışdı və son 10 ildə cəmi iki dəfə havanın hərarəti 0 dərəcədən yuxarı qalxmışdı.

Mərkəz anomal hadisəni yüksək və alçaq təzyiq zonalarının qarşılıqlı təsiri səbəbindən adanın cənubundan gələn isti hava axını ilə izah edir. Yağış nəticəsində adanın buz örtüyünə 7 milyard ton yağıntı düşüb ki, bu da buzun əriməsinə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.