Rusiyanın Krasnodar vilayətində daşqınlar nəticəsində 20-dən çox otel və müalicə müəssisəsini su basıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, su basmış otel və sanatoriyalardan ola insanlar təxliyə edilərək müvəqqəti yaşayış məntəqələrində yerləşdiriliblər.
Ümumilikdə, Krasnodarda 1500-dən çox evi də su basıb, 14 bələdiyyə regionunda fövqəladə vəziyyət elan olunub, bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb.
Milli.Az