Dünya

Çavuşoğlu Rusiyaya başsağlığı verib

14 Avqust 2021 18:04
0 Şərh     Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya başsağlığı verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Mövlud Çavuşoğlu bu barədə "Twitter"də paylaşım edib.

Əfqanıstan hökuməti ölkədəki vəziyyətlə əlaqədar BMT TŞ-nin toplanmasına çağırış edib
Əfqanıstan hökuməti və "Taliban" sülh danışıqlarını davam etdirmək barədə razılığa gəlib

"Kahramanmaraşda yanğının qarşısının alınması zamanı baş verən faciəli təyyarə qəzasında türk və rus ekipajının itkisi xəbərinə dərindən kədərləndim. Millətimizin başı sağ olsun, Rusiya xalqına da başsağlığı veririk. Onların qəhrəman fədakarlıqları unudulmayacaq", - Türkiyə XİN başçısı bildirib.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş vilayətində baş verən meşə yanğınına müdaxilə edən Rusiyanın "Be-200" təyyarəsinin bütün ekipaj üzvləri həlak olub. Təyyarənin göyərtəsində səkkiz nəfər ekipaj üzvü olub: beş Rusiya hərbiçisi və yanğınların söndürmə mərkəzlərini göstərən üç Türkiyə nümayəndəsi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.