Dünya

NATO-nun baş katibi postuna ilk dəfə qadın seçilə bilər

11 Avqust 2021 21:25
0 Şərh     Baxış: 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO-nun tarixində ilk dəfə olaraq alyansın baş katibi postuna qadın seçilə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, NATO-nun hazırkı baş katibinin qadınla əvəz olunması barədə təşkilatın daxilində geniş konsensus mövcuddur. Alyansın yeni rəhbəri 2022-ci ilin yazında NATO-nun Madriddə keçiriləcək sammitində seçiləcək.

Bu postda norveçli Yens Stoltenberqi əvəz edəcək mümkün namizədlər arasında Böyük Britaniyanın sabiq Baş naziri Tereza Meyin, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi Federika Mogerininin, Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer və başqalarının adları çəkilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.