Dünya

Dünyada 4 milyard 180 milyon dozadan çox COVID vaksini vurulub

2 Avqust 2021 20:55
0 Şərh     Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 2-dək dünya üzrə COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 4 milyard 180 milyonu ötüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda Çin dünyada ən çox peyvənd vurulan ölkədir - 1 milyard 670 milyon doza. Bu göstəriciyə görə ikinci və üçüncü yerlərdə qərarlaşan Hindistanda 472 milyon 220 min, ABŞ-da 346 milyon 460 min doza peyvənd vurulub.

Vurulan vaksin dozalarının sayına görə ilk onluğa, həmçinin Braziliya (142 milyon 490 min), Almaniya (92 milyon 50 min), Yaponiya (87 milyon 380 min), Böyük Britaniya (85 milyon 200 min), Türkiyə (73 milyon 616 min), Fransa (72 milyon 670 min) və İtaliya (68 milyon 740 min) daxildir.

COVID-19 pandemiyasının statistikasını aparan "Worldometers" portalının məlumatına əsasən, hazırda dünya üzrə 199 milyon 191 mindən çox yoluxma qeydə alınıb, 4 milyon 244 mindən çox insan isə həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.