Dünya

Alp dağlarında çəkiliş aparan yutuber yıxılıb öldü

1 Avqust 2021 16:02
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial media fenomeni, yutuber Albert Dirlund yüksəklikdə çəkiliş apararkən faciəli şəkildə həyatını itirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 22 yaşlı danimarkalı fenomenin Alp dağlarında "Youtube" kanalı üçün video çəkərkən 200 metr yüksəklikdən yıxılaraq öldüyü bildirilib.

Hadisə yerinə helikopterlər cəlb olunub. Onun nəşi taparaq ailəsinə təhvil verib.

Qeyd edək ki, bu yaxınlarda daha iki oxşar hadisə baş verib. İnstaqramda paylaşmaq üçün şelfi çəkən fenomenlərdən biri şəlalədən, "TikTok" fenomeni isə video çəkmək üçün çıxdığı kranın üstündən yerə yıxılaraq həyatını itirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.