Dünya

Ermənistan XİN-nə bu şəxs rəhbərlik edəcək

15 İyul 2021 22:38
0 Şərh     Baxış: 1 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda xarici işlər nazirinin səlahiyyətləri nazirin birinci müavini Armen Qriqoryana keçib.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə "Sputnik Armenia" ölkə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Bugünlərdə Armen Qriqoryan Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan tərəfindən Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilərək, XİN rəhbərinin birinci müavini təyin edilib. Diplomatik xidmət haqqında qanunun tələblərinə uyğun olaraq, bundan sonra Ermənistanın xarici işlər naziri vəzifəsini məhz Qriqoryan yerinə yetirəcək.

Qeyd edək ki, mayın 27-də Ara Ayvazyanın istefasından sonra ölkənin baş diplomatının səlahiyyətlərini XİN başçısının müavini Armen Gevondyan icra edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.