Dünya

Almaniyada kiberhücumlarla bağlı fövqəladə vəziyyət rejimi elan edilib

12 İyul 2021 22:10
0 Şərh     Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saksoniya-Anhalt federal əyalətində fövqəladə vəziyyət rejimi elan edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya dövlətinin tarixində belə rejim, necə deyərlər, görünməmiş hadisə deyil. Lakin bu dəfə səbəb çox qeyri-adi və bütün ölkə üçün yeni hadisədir.

Bu federal əyalətdə, daha dəqiq desək, Anhalt-Biterfeld dairəsində fövqəladə təhlükəsizlik tədbirləri tətbiq edilməsi haker hücumları riskinin yüksək səviyyədə olması ilə bağlıdır.

Almaniyada indiyə qədər belə hadisə olmayıb. Doğrudur, haker hücumları əvvəllər də qeydə alınıb, lakin fövqəladə vəziyyət rejimi ilk dəfə tətbiq edilib.

Məsələ burasındadır ki, bir neçə gün bundan əvvəl həmin dairənin serverləri kibercinayətkarların şiddətli hücumuna məruz qalıb. Nəticədə yerli administrasiya sistemi təxminən iki həftədə iflic vəziyyətinə düşüb. Bu dövrdə sakinlər sosial ödəniş və müavinətləri ala bilməyiblər. Nəticədə həm iqtisadiyyatın başqa sektorlarında, həm də əhaliyə sosial xidmət sahələrində normal iş rejimi pozulub.

İndi hakimiyyət orqanları tərəfindən tətbiq edilmiş fövqəladə vəziyyət rejimi kiberhücumlara operativ cavab verməlidir. Bölgədə AFR Federal İnformasiya Təhlükəsizliyi İdarəsinin mütəxəssisləri işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.