Dünya

İnsan beyni zamana səyahət edə bilir

4 İyul 2021 18:07
0 Şərh     Baxış: 2 089
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsan beyni zamana səyahət etməyə qadirdir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Fransa və Niderlanddan olan alimlərin bu barədə elmi işləri "Journal of Neuroscience"də yayımlanıb.

Tədqiqatçılar hesab edirlər ki, beynin xaricdən təsir edilə bilməyən daxili zaman axını var.

Bir qrup elm adamı nəzəriyyələrini sınamaq üçün, invaziv elektrod implantları tələb edən dərmana davamlı epilepsiya xəstələrinin beyinlərini araşdırıblar.

Təcrübə nəticəsində alimlər insan beyninin şüurumuzda zaman keçidi sayəsində meydana gələn epizodik hərəkətləri ölçdüyünü təsbit ediblər. Bunu insan beyninə xüsusi elektrodlar bağlayaraq müəyyən etmək mümkün olub.

Məlum olub ki, hansısa bir anda orqanda "müvəqqəti hüceyrələr" aktivləşib. Bu hüceyrələr hadisələrin ardıcıllığının daxili hissinə cavab verib.

Buradan belə bir nəticə çıxır ki, filmdə görməyə öyrəşdiyimizdən fərqli olsa da, bir insan "zamanda səyahətə" qadirdir. Və çox güman ki, kimsə artıq belə bir səfəri dəfələrlə həyata keçirməyi bacarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.