Dünya

Fransada koronavirusun "delta" ştamına kütləvi yoluxmalar aşkarlanıb

28 İyun 2021 23:45
Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada koronavirusun "delta" (B.1.617.2) ştamına kütləvi yoluxmalar aşkarlanıb. Ölkədə koronavirusa yoluxanların hər 10 nəfərindən biri "delta" ştamına yoluxub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səhiyyə üzrə yerli orqanlar epidemiyanın yenidən vüsət almasının qarşısını almaq məqsədilə təcili fəaliyyət planını elan ediblər. Əhalini daha ayıq olmağa çağırıblar. Ölkədə koronavirusun yeni ştamına kütləvi yoluxmalar aşkarlanıb.

"Delta" ştamı ölkənin Yeni Akiten (Nouvelle Aquitaine), Paris və onun ətrafı -İl-dö-Frans (İle-de-France), Böyük Şərq (Grand Est) və Overny-Ron-alp (Auvergne -Rhone-Alpes) zonalarında daha çox yayıldığı bildirilib. Yeni Akitendə "delta" ştamı koronavirus testinə müsbət olanların 70 faizini təşkil edir. Bu ştamdan ölüm faktları da qeydə alınıb.

Fransada iyunun 27-də xəstəxanalarda 9 min koronavirus xəstəsindən 1345-nin reanimasiya şöbələrində intensiv müalicə aldığı bildirilir.

Xəstəliklərə nəzarət və onların qarşısının alınması üzrə Avropa Mərkəzi həyəcan təbili çalaraq, avqustun sonuna qədər Avropa İttifaqı çərçivəsində koronavirusa tutulanların 90 faizini "delta" ştamı ilə yoluxanların təşkil edəcəyini proqnozlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.