Dünya

Rusiya bombardmançısı İngiltərə hərbi gəmisinə atəş açdı

23 İyun 2021 17:36
Baxış: 1 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya hərbçiləri ölkənin Qara dənizdəki ərazi sularına girən İngiltərə hərbi gəmisi "Defender"in hərəkəti istiqamətində xəbərdarlıq atəşi açıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Rusiyanın "Su-24M" bombardmançısı Qara dənizin şimal-şərqində Fiolent burnu yaxınlığında dövlət sərhədinin pozulmasını dayandırmaq üçün xəbərdarlıq bombardmanı həyata keçirib.

Rusiya MN-in açıqlamasında bildirilib ki, atəşdən öncə dövlət sərhədinin pozulması halında silah istifadəsi barədə xəbərdarlıq edilsə də, İngiltərə hərbi gəmisi buna reaksiya verməyib.

Açıqlamada qeyd olunub ki, Qara Dəniz Donanması və Rusiya FSB-nin sərhəd xidmətinin tədbirləri nəticəsində "Defender" Rusiyanın ərazi sularını tərk edib.

Hadisədən sonra Böyük Britaniyanın Moskvadakı səfirliyinin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.