Dünya

Boris Conson: Böyük Britaniya elm supergücünə çevriləcək

21 İyun 2021 22:10
Baxış: 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkəsini elm supergücünə çevirəcəyini açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, o, tədqiqat büdcəsindəki artımı ölkəsini elm supergücünə çevirmək üçün xərcləyəcəyini bildirib. Conson söyləyib ki, tədqiqat büdcəsindəki artım ictimai rifah üçün istifadə ediləcək və ilk iş olaraq Milli Elm və Texnologiya Şurası yaradılacaq. Şuraya Conson özü rəhbərlik edəcək.

Hökumətin baş elm məsləhətçisi Patrik Vallans isə hazırkı vəzifəsi ilə yanaşı, milli texnoloji məsləhətçi vəzifəsini də icra edəcək.

Baş nazir Krallıqda həyata keçirilən peyvənd proqramının ölkəsinin elmi olaraq nəyə nail ola biləcəyini sübut etdiyini söyləyib.

Hökumət 2025-ci ilədək tədqiqat xərclərini 15 milyard funt sterlinqdən 22 milyard funt sterlinqə qədər artırmağı hədəfləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.