Dünya

Koronavirusun “delta variantı” yayılmağa başlayıb

12 İyun 2021 08:12
Baxış: 814
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İngiltərədə yeni koronavirus xəstələrinin böyük əksəriyyəti "delta variantı" olaraq bilinən "Hindistan ştammı"na yoluxub.

Bu barədə "The Telegraph" Böyük Brityaniya Səhiyyə Nazirliyinin rəhbəri Mett Henkoka istinadən xəbər verib.

Nazirin sözlərinə görə, xəstələrin 91 faizində koronovirusun yeni növü müəyyən olunub.

Bildirilir ki, COVID-19-a yoluxmalar İngiltərənin bütün bölgələrində, xüsusilə də ölkənin şimal-qərbində kəskin şəkildə artıb. Bununla belə, xəstəxanaya yerləşdirmə sayı ümumilikdə azdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin direktoru Hans Kluqe isə "delta" mutasiyasının  Avropada yayıldığı barədə xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.