Dünya

PKK-nın önəmli adamı öldürüldü - Əməliyyat

30 May 2021 12:52
Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyat keçirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Pəncə-Şimşək əməliyyatını həyata keçirən Türkiyə ordusunu pusquya salmaq istəyən 4 terrorçu məhv edilib.

Əməliyyat nəticəsində PKK-nın önəmli adlarından olan Səlahəddin Dədə, Məhmət Əmin Alkaş, İrən əsilli "Dara Beritan" kod adlı Babək Əbdilsələndəci və digər terrorçu öldürülüb.

Qeyd edək ki, 10 ildir PKK-da olan Dədənin terrorçuların başçısı Murad Qarailanla yaxınlığı bilinir. Hətta onun yayda terror təşkilatında yüksək vəzifəyə gətiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.