Dünya

"Zibil maşınında işlədiyimə görə mənimlə yaxınlıq etmirdi" - Arvadını öldürən kişinin etirafı

25 May 2021 20:00
Baxış: 2 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arvadını uşaqlarının gözü qarşısında 46 yerdən bıçaqlayan ərin cəzası məhkəmə tərəfindən azaldılır.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, iki il əvvəl Konyada 46 yerində üç uşaq anası olan arvadı Tuba Erkolu bıçaqlayan Bəkir Erkolun məhkəmə önünə çıxarılıb. Əvvəl məhkəmə onun barəsində ömürlük cəza qərarı çıxarmışdı. Lakin indi cinayəti törədəndəki vəziyyətini nəzərə alaraq qərarı yumşaldaraq 18 il 4 aya endirilib.

Qatilin etirafları isə hamının heyrətinə səbəb olub.  "Zibil maşınında işlədiyim üçün arvadım mənə "zibil iyi gəlir səndən" deyə onu aşağılayırdı. İki il mənimlə yaxınlıq da etməyib" deyə dilə gətirib.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.