Dünya

Bu ölkədə peyvənd olunan şəxslərə pul veriləcək - ŞƏRTLƏR

25 May 2021 14:58
Baxış: 3 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Ohayo əyalətində insanları koronavirus peyvəndi olunmağa təhrik etmək üçün maraqlı üsul seçilib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, yerli dairələr peyvənd etdirən şəxslər arasında lotereya oyunu keçirəcək. 5 qalibin hər birinə isə 1 milyon dollar mükafat veriləcək. Artıq 2,7 milyon insan oyuna qatılıb. Qaliblərin adı sabah açıqlanacaq.

Məlumata görə, lotereya oyununun təşkil edilməsindən sonra peyvənd olunmaq istəyən şəxsləri sayı artıb. 18 yaşı tamam olan hər kəs peyvənd kağızını təqdim etməklə oyunda iştirak edə bilər.

Digər ştatların da oxşar üsullara əl atacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.