Dünya

Gürcüstanda işsizlik səviyyəsi 22 faizə çatıb

21 May 2021 23:05
Baxış: 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cari ilin birinci rübündə Gürcüstanda işsizlik səviyyəsi illik müqayisədə 3,7 faiz bəndi artaraq 21,9 faiz təşkil edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə şəhərlərdə işsizlik göstəricisi 5,7 faiz bəndi artaraq 23,6 faiz, kənd yerlərində isə 0,4 faiz bəndi artaraq 19,3 faizə bərabər olub.

İşsizlik kişilər arasında bu göstərici 24,1 faiz (+3,3 faiz), qadınlar arasında isə 19,2 faiz (+4 faiz) olub.

Qeyd edək ki, keçən il Gürcüstanda işsizlik səviyyəsi 2019-cu illə müqayisədə 0,9 faiz artaraq 18,5 faiz təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.