Dünya

ABŞ-ın İstanbuldakı konsulluğunun yaxınlığında İŞİD-çilərə qarşı əməliyyat keçirilib

20 May 2021 16:16
Baxış: 736
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbulda İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, əməliyyatı İstanbul Baş Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin əməkdaşları keçirib, əməliyyata xüsusi təyinatlı polis dəstələri dəstək verib.

Bildirilib ki, ABŞ-ın İstanbuldakı konsulluğuna 400-500 metrlik məsafədə yerləşən binada keçirilən əməliyyat zamanı bir nəfər saxlanılıb.

Qeyd olunub ki, polis tərəfindən İstanbulun 10 rayonundakı 20 ünvanda keçirilən əməliyyatda ümumilikdə 18 nəfər tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.