Dünya

Tatarıstanda avtomobilyanıb, 4 nəfər ölüb

8 May 2021 08:38
Baxış: 656
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Tatarıstan Respublikasında Aqrız-Krasnı Bor magistral yolunda "Nissan" və "KİA Rio" markalı minik avtomobilləri toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötmə əməliyyatı edən "Nissan" markalı avtomobilin sürücüsü idarəetməni itirərək əks istiqamətə çıxıb və qarşı tərəfdən gələn "KİA Rio" ilə toqquşub.

Zərbənin gücündən yoldan çıxan "Nissan" aşaraq alovlanıb. Hadisə nəticəsində "Nissanın" sürücüsü, "KİA Rio"da olan bir qadın və iki azyaşlı uşaq ölüb.

Digər sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.