Dünya

Almaniyada koronavirusa yoluxanların sayı kəskin surətdə azalmaqdadır

7 May 2021 21:05
Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya federal hökuməti bu yaxınlarda belə adlandırılan "təcili tormozlama" tədbirləri tətbiq etməyə başlayandan sonra bu ölkədə COVID-19-a yeni yoluxma hallarının sayı kəskin azalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son həftədə sutkalıq yoluxma səviyyəsi 19 faiz aşağı düşüb. Əvvəllər heç vaxt bu cür kəskin azalma müşahidə olunmayıb.

Belə ümidverici məlumatlarla əlaqədar Bundestaq tamamilə immunlaşmış və sağalmış insanlar üçün məhdudlaşdırma qaydalarını daha da yumşaltmaq niyyətindədir.

Qeyd edək ki, son yeddi gündə ölkədə qeydiyyata alınmış yeni yoluxma hallarının sayı hər 100.000 sakinə 132,8-dən 129,1-ə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.