Dünya

Meksikada üç günlük matəm elan olundu - VİDEO

5 May 2021 14:14
Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikada mayın 3-ü baş verən metro faciəsi ilə əlaqədar üç günlük matəm elan edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı ölkə Prezidenti Andres Manuel Lopez Obrador müvafiq fərman imzalayıb.

"3 may 2021-ci il tarixində Mexiko Siti metrosunun kollektiv nəqliyyat sisteminin 12-ci xəttindəki faciə ilə əlaqədar üç günlük milli matəm elan edildi",- deyə sənəddə qeyd olunub.

Prezidentin fərmanı dərc edildiyi andan qüvvəyə minir və 7 may daxil olmaqla qüvvədə olacaq, dövlət bayraqları 4 və 6 may tarixlərində endiriləcək.

Xatırladaq ki, mayın 3-də Mexiko şəhərində metro körpüsünün qatar keçdiyi zaman çökməsi nəticəsində 25 nəfər həlak olub, 79 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.