Dünya

ABŞ-da gəmi aşıb, ölənlər var

3 May 2021 07:44
Baxış: 437

ABŞ-ın San Dieqo şəhəri (Kaliforniya ştatı) yaxınlığında bir neçə onlarla insanın olduğu gəmi aşıb.

Trend-in məlumatına görə, bu barədə San-Dieqo xilasetmə xidməti bildirib.

Məlumata əsasən, hadisə nəticəsində ən azı iki nəfər həlak olub.

Bildirilib ki, hadisə yerinə San Dieqo xilasetmə xidməti və yanğınsöndürənləri gəlib, sudan 25 nəfər çıxarılıb:

"Təəssüf ki, ikisi sağ qalmayıb, 23 nəfər yerli xəstəxanalara çatdırılıb". Axtarış-xilasetmə əməliyyatının davam etdiyi qeyd olunub.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.