Dünya

Generallar Makronu çevrilişlə hədələdilər

27 Aprel 2021 18:04
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyirmi general daxil olmaqla mindən artıq istefada olan fransalı zabit prezident Emmanuel Makrona açıq məktub yazaraq, islamlaşma səviyyəsinin artması səbəbindən ölkənin vətəndaş müharibəsinin astanasında olduğunu bildiriblər, eyni zamanda hər hansı tədbir görülməyəcəyi təqdirdə hakimiyyəti öz əllərinə alacaqları ilə hədələyiblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, təqaüdçü zabitlər həmçinin respublika ərazisində qanunların işləmədiyi anklavların meydana gəlməsi səbəbiylə ölkənin çökmə ərəfəsində olduğunu vurğulayıblar.

Bundan başqa Makrona "sarı jiletlər"in nümayişləri zamanı hüquq-mühafizə orqanlarını "günah keçisi" kimi ifşa etdiyi xatırladılıb və ordu qüvvələrinin mövcud Fransa təhlükəsizlik qüvvələri arasında geniş dəstək aldığına eyham vurulub.

Məktub müəlliflərini "Milli cəbhə" Partiyasının lideri Marin Le Pen də dəstəkləyib. O, istefada olan hərbçiləri "Fransa uğrunda mübarizəyə" qoşulmağa çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.