Dünya

“ABŞ və NATO-nun fəaliyyətləri təhlükəni artırır” - Şoyqu

27 Aprel 2021 13:03
Baxış: 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ və NATO-nun fəaliyyətləri Avropada hərbi təhlükənin artmasına yardım edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin Düşənbədə keçirilən iclasında bildirib.

"Amerika Birləşmiş Ştatlarının və NATO-nun Avropa regionundakı qoşunlarının döyüş hazırlığını artırmaq və ön xətti gücləndirmək üçün fəaliyyətləri hərbi təhlükənin artmasına kömək edir. Hərbi infrastruktur modernləşdirilir, əməliyyat və döyüş hazırlığının intensivliyi artır və Amerikanın "dörd-otuz" konsepsiyası həyata keçirilir", - deyə Rusiyanın müdafiə naziri vurğulayıb.

O, Ukraynadakı milliyyətçi əhval-ruhiyyənin Donbassda, o cümlədən Rusiya ilə sərhəd rayonlarda silahlı münaqişəyə səbəb olduğunu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.