Dünya

İtaliyada aylar sonra karantin yumşaldıldı - Hovuzlar, idman salonları açılacaq

26 Aprel 2021 17:30
Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada aylar sonra karantin qaydaları yumşaldılıb.

Milli.Az sfera.az-a istinadən bildirir ki, ölkədə bu gündən etibarən məktəblər, restoranlar, barlar, kinozallar və konsert salonları qismən açılıb.

Ölkədəki bölgələrin dörddə üçünün aşağı riskli olduğu elan edilib. Həmçinin qeyd edilib ki, təxminən 50 milyon insan ölkədaxilində rahatlıqla səyahət edə biləcək.
Barlar və restoranlara açıq havada xidmət göstərilməsinə icazə verilib. Aşağı riskli bölgələrdə məktəblərdə qismən tədrisə başlanılıb, kinozallar, teatrların isə bir qismi açılıb. Hovuzlarının, idman salonlarının, əyləncə parklarının da tədricən 1 iyula qədər açılacağı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.