Dünya

Britaniya və ABŞ Rusiyaya xəbərdarlıq etdi ki... - Mİ-6

25 Aprel 2021 13:39
Baxış: 1 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əlaqə kanalları açıq olduğu üçün Böyük Britaniya və ABŞ öz mövqelərini Rusiya rəsmilərinə çatdırmaq imkanlarına sahibdirlər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Britaniya Mİ-6 xarici kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur deyib.

"Rusların heç bir şübhəsi yoxdur ki, Rusiya qoşunlarının Ukrayna sərhədinə yığılması məsələsində Britaniyanın, Bayden administrasiyasının mövqeyi necədir. Çünki əlaqə kanalları açıqdır. Böyük Britaniya və ABŞ Rusiyaya xəbərdarlıq etdi ki, Ukrayna ərazisinə soxulacağı təqdirdə onu ciddi nəticələr gözləyəcək", - Mur bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.