Dünya

Zimbabvedə hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

24 Aprel 2021 08:53
Baxış: 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zimbabvenin Şərqi Maşonalend əyalətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

"Helikopter bir evə çırpılıb və təəssüf ki, nəticədə iki pilot və bir texnik, eyni zamanda yerdə bir uşaq dünyasını dəyişib, başqa bir qız və anası yanıq xəsarəti ilə Parirenyatva adına xəstəxanasına aparılıb", - məlumatda belə deyilir.

Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory