Dünya

ABŞ-ın Texas ştatında 3 nəfəri öldürən şəxs saxlanılıb

20 Aprel 2021 08:08
Baxış: 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Texas ştatının hüquq-mühafizə orqanları bazar ertəsi günü Stiven Broderiki həbs ediblər. ABŞ rəsmi orqanlarının qənaətinə görə, o, Ostin şəhərində üç nəfəri güllələməkdə şübhəli bilinir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Menor şəhərinin polis rəisi Rayan Fillips bildirib.

Qeyd edək ki, Ostində yaşayış binası yaxınlığında baş vermiş silahlı insident nəticəsində iki qadın və bir kişi öldürülüb. Cinayətdə əvvəllər polis idarəsində çalışan Broderik şübhəli bilinib.

Fillips qeyd qeyd edib ki, Broderik polisə müqavimət göstərmədən təslim olub. Onun üzərində tapança da olub.

İnsidentin hansı motivdə baş verdiyi araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.