Dünya

Dünya şöhrətli İtaliya rəssamının itmiş tablosu İspaniyada tapılıb

9 Aprel 2021 14:09
Baxış: 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya şöhrətli İtaliya rəssamı Mikelancelo Merisi de Karavacconun itmiş hesab edilən əsəri İspaniyada tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Madriddəki Ansorena hərracına çıxarılan tablonun satışı İspaniya Mədəniyyət Nazirliyi tərəfindən dayandırılıb.

İlkin dəyəri 1500 Avro qiymətləndirilən əsərin 17-ci əsr ispan rəssamlarından Jusepe de Riberaya aid olduğu düşünülsə də sonradan onun Karavacconun fırçasından çıxdığı iddia edilib.

Hazırda əsərin ölkədən xaricə çıxarılmasına qadağa qoyulub.

Tablonun Karavaccoya məxsus olduğu təsdiqlənərsə, onun dəyəri 150 milyon Avroya qədər yüksələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory