Dünya

Gürcüstanda koronavirusa daha 761 nəfər yoluxub, 9 nəfər ölüb

8 Aprel 2021 22:54
Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda ötən sutka ərzində 13 920 test keçirilib, koronavirusa 761 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 286 406 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 9 nəfər ölüb, 537 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 849 nəfər, sağalanların sayı isə 276 084 nəfər təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.