Dünya

Səddam Hüseyni məhkəmə zalından qovan hakim… - Dramatik son

3 Aprel 2021 19:18
Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqın paytaxtı Bağdaddakı bir xəstəxanada koronavirusdan müalicə alan və İraqın mərhum lideri Səddam Hüseynin cinayət işinə baxan hakimlərdən biri Məhəmməd əl-Üreybi əl-Xəlifə vəfat edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, İraq Ali Məhkəmə Şurası tərəfindən verilən açıqlamada müalicə aldığı xəstəxanada vəfat edən hakim əl-Xəlifənin ölüm səbəbinin COVID-19-la əlaqəli fəsadlar olduğu deyilib.

52 yaşlı əl-Xəlifə 1992-ci ildə Bağdad Universitetinin Hüquq fakültəsini bitirib. 2000-ci ildə Səddam Hüseynin fərmanı ilə hakim vəzifəsinə təyin olunub.

O, Səddam Hüseynin məhkəməsi zamanı mərhum liderlə çox yumşaq davrandığına görə vəzifəsindən azad edilən hakim Abdullah əl-Əmiri əvəz etmişdi. Əl-Xəlifə məhkəmə zamanı bir neçə dəfə Səddam Hüseyni məhkəmə zalından çıxarmış, bir neçə gün təkadamlıq kamerada saxlanılmasını əmr etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.