Dünya

Macarıstanda daşınmaz əmlak qiymətləri artır

1 Aprel 2021 23:12
Baxış: 1 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Macarıstanda daşınmaz əmlakın qiymətləri artmaqda davam edir. Maraqlıdır ki, koronavirus pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlər bu tendensiyaya təsir etməyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən il pandemiya başlayandan indiyədək Macarıstan paytaxtında mənzillərin qiyməti 10 faiz artıb. Bu, yalnız alış qiymətlərinə deyil, həm də kirayə qiymətlərinə aiddir.

Eyni dinamika ölkənin bir sıra iri şəhərlərində - Debreçen, Peç, Eger, Sekeşfexervar və Keçkemetde müşahidə olunur.

Budapeştdə kirayə mənzillərin kvadratmetrinə görə aylıq orta qiyməti təxminən 10 avroya bərabərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.