Mərhum Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) həyat yoldaşı Röyal onunla bağlı duyğulu paylaşım edib.
Milli.Az xəbər verir ki, o, paylaşımda aktrisanın ayrılığının ağırlığına toxunub:
"Bu elə bir gözlənişdir ki, gəlməyəcəyini bilirsən, amma hər gün gözləyirsən. O da bura gəlməyəcəyini bilir, amma sənin ona gedəcəyini bilir! Belə qarışıq həyat hekayəsidir, amma həqiqət əsla dəyişmir! Səni sevirəm, Toppuş bacı! Allah bilən məsləhətdir".
"Toppuş bacı" ləqəbi ilə tanınan Tünzalə Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkirdi. Uzun müddət davam edən müalicələrə baxmayaraq, sənətçi 2023-cü ildə dünyasını dəyişib.
Onun Zəhra adlı bir qız övladı var.
Milli.Az





